“Oyan” (Wake up) xaricdə yaşayan bir qrup peşəkar azərbaycanlıların təşkilatçılığı ilə yaradılmış siyasi Hərəkatdır.
Azərbaycanda nələr baş verir və bu nə ilə nəticələnəcək?
İstənilən qeyri demokratik dövlətlərdə strateji dinc mübarizə 3 şərt təmin olunduqda qalib gəlir: 1. Hökümətin əsas dayaqları olan institutlar- polis, media, ordu- fəaliyyət qabiliyyətini itirdikdə (Gürcüstan), 2. Əhali aktiv şəkildə siyasi proseslərə qatıldıqda (Ukrayna), 3. Əhalini səfərbər edə bilən mükəmməl bir ideologiya və ya institut olduqda (Ərəb baharında bu funksiyanı İslam yerinə yetirdi).
Azərbaycanda bu şərtlərin heç biri təmin olunmadığından hadisələr fərqli ssenari üzrə inkişaf edə bilər. İqtisadi cəhətdən səfalət içində yaşayan əhali rejimə və onun nümayəndələrinə nifrət etsə də, siyasi tələbləri gündəmə gətirməkdən çəkinir. Bu, bir daha əhalinin siyasi dəyişikliklərə hazır olmadığını və ya çıxış yolunu siyasi mübarizədə görmədiyini təsdiq edir.
Digər tərəfdən, əhalinin siyasi proseslərə cəlb olunmadığını anlayan hökumət, gərginliyi müəyyən dərəcədə azaltmaq üçün bir neçə icra başçısını işdən çıxartmağı, kredit borclarını ləvğ etməyi nəzərdən keçirə bilər (bu addımlar dərhal hiss olunan addımlardır), bu addımlar effect vermədiyi təqdirdə isə ən qəddar vasitələrə belə müraciət edə bilər. Bu da siyasi rejimin daha çox radikallaşmasına və hətta dinc əhaliyə qarşı odlu silahdan belə istifadə etməsinə zəmin yaradacaqdır. Hətta düşünürəm ki, buna hazırlıqlar gedir.
Lakin, mənzərə o qədər də ürəkağrıdan deyil. Çıxış yolu mövcuddur. İlk öncə qeyd edim ki, hökumət institutları rejimin legitimliyi əsasında çalışır. Bu legitimlik sarsıldığı halda heç bir polis əlinə silah və ya dəyənək götürərək sadə xalqın üzərinə gedə bilməz. Strateji dinc mübarizənin ilk hədəfi bu legitimliyi sarsıtmağın yollarını tapmaq və bu yolların tədbiqetmə metodlarını müəyyənləşdirmək olmalıdır. Paradoksal görünsə də, hökümət özü xalqa qarşı despotic davranışla bu prosesə dəstək olur. Sadəcə bundan düzgün istifadə etmək lazımdır.
Bununla yanaşı, əhalini yüksək sürətlə siyasi proseslərə cəlb etmək tələb olunur. Əhalinin kütləvi olaraq siyasi proseslərə cəlb edilməsi rejimin legitimliyinə bir başa zərbə vurur. Bu məqsədlə tətbiq olunacaq taktiki gedişlər düzgün seçilməli və hədəf qrupları düzgün müəyyənləşdirilməlidir. Hər bir hədəf qrupu üçün fərqli format və fərqli metodlar seçilməlidir. Bütün bunlar abstract və ya qeyri real görünə bilər, lakin, həyatda mümkün olmayan çox az şey var. Əsas odur ki, inam və istək olsun.
Sual: Bəs bunu kim etməlidir? Bu cür yaradıcılıq və peşəkarlıq tələb edən mübarizənin Azərbaycanda əsasını qoyanlar və ya qoymaq istəyənlər indi ya özləri həbsxanadadır, ya mühacirətdədir və ya da bütün silahdaşları həbs edilərək özünə də “səriştəsiz müxalifətçi” damğası vurulmuşdur. Bütün bunları nəzərə alaraq, Azərbaycanda ədalətsizliyə qarşı şərəflə mübarizə aparan insanlara dəstək olmaq məqsədilə xaricdə yaşayan bir qrup gəncin təşkilatçılığı ilə “OYAN” (Wake up) adlı hərəkat yaradılmışdır. Bu təşkilatın əsas məqsədi güc strukturlarına və müasir təbliğat mexanizmlərinə malik olan rejimə qarşı mübarizədə strateji dinc mübarizə strategiyasını tətbit qetməkdir.
Bir məsələni xüsusi olaraq qeyd etmək istərdim ki, “OYAN” hərəkatı rejimə qarşı mübarizəni komanda işi (team work) formatında həyata keçirməyi planlaşdırır. Xalqı bu böhrandan çıxartmaq uğrunda mübarizədə xalqın mənafeyini şəxsi mənafeyindən üstün tutmağı bacaran insanlar bizə qoşularaq bu prosesə dəstək ola bilərlər. Hər birinizin “OYAN” hərəkatına qoşulmağınız xalqı qələbəyə sürətlə yaxınlaşdırır.
Support democracy in Azerbaijan.
Ya birləşib qalib gələrik, ya da tək-tək hər birimiz məhv olarıq.
De Samenscholing
529 meter
Super leuk buurtfeest gehad aardige mensen en leuke sfeer jammer dat de gemeente het ...
Helicopter
534 meter
Vertaald door Google Leuk om een plek te zien die bedoeld is voor kunstenaars, een ...
iii
637 meter
Vertaald door Google Kunstenaarsstudio's en cultureel programma gerund door een groep...
Stoomgroep West Zuiderpark
763 meter
Deze treintjes bestaan volgens mij al meer dan 35 jaar! Ik ben er als kind geregeld g...
Laaktheater
888 meter
Goed aangepakt en recent gerenoveerd. Niet al te groot maar ruim voldoende voor deze ...
Dierenvoedselbank Haaglanden
914 meter
Dierenvoedselbank Haaglanden is op zoek naar voer en spullen zodat het dier bij de ei...
Wijkcentrum De Wissel Spoorwijk
1 km
A place to be. Een warm ontvangst Lieve gastvrouwen. Lekker eten . De moeite waard om...
Zuiderparktheater
1 km
Het geheel wordt door vrijwilligers gedraaid en zijn allemaal zeer gemotiveerd. Het p...
Stichting knaagdierenopvang Het Knagertje
1 km
Super opvang! Ik vind het zo knap hoe ze het doen met alle vrijwilligers. Zo'n 1000 k...
Ttcots Educational Charity - Stichting”
1 km
TTCOTS is a Netherland registered charity and international Non-profit organization. ...
Kessler Stichting
1 km
Mooi nieuwe gebouw, maar te weinig personeel. Bewoners stelen kledingzakken uit de ba...
Mens en Tuin
1 km
Ruim assortiment, ook medicinale kruiden, niet duur, biologische plantjes uit eigen t...
Bureau MHR
2 km
Bureau MHR biedt kwetsbaren in de samenleving een toekomstperspectief! Wij geloven in...Voeg deze kaart toe aan uw website;
We gebruiken cookies en andere trackingtechnologieën om uw browse-ervaring op onze website te verbeteren, om u gepersonaliseerde inhoud en gerichte advertenties te laten zien, om ons websiteverkeer te analyseren en om te begrijpen waar onze bezoekers vandaan komen. Privacybeleid